"iPhone 15"də "Sony" kamerası quraşdırılacaq

 20:21 29.11.2022     358

Android analoqlarından fərqli olaraq, "Apple" smartfonları nadir hallarda əsas kamerada əsaslı dəyişikliklə üzləşir. Amma 2023-cü ildə satışa çıxarılacaq" iPhone 15" üçün bu istisnadır.

Redaktor.az xəbər verir ki, "Nikkei Asia"ya görə, yeni nəsil "iPhone"larda "sənət əsəri" olaraq xarakterizə edilən tamamilə yeni "Sony" kamerası olacaq. Onun köməyi ilə “Apple” smartfonlarında fotoqrafiya fərqli səviyyəyə çatacaq.

Bildirilir ki, belə sensor mövcud "iPhone" kamera sistemləri ilə müqayisədə daha geniş dinamik diapazon təmin edərək, “bir piksel üçün iki dəfə çox doyma” qəbul edə biləcək. Nəticədə smartfon hətta işığa qarşı istiqamətdə yüksək keyfiyyətli şəkillər çəkə biləcək.

Qeyd edək ki, "iPhone 15"in dörd modelinin təqdimatı gələn ilin sentyabrında baş tutacaq.  Adi və premium versiyalar arasındakı fərq daha da əhəmiyyətli olacaq.

Yuxarıda qeyd olunan “çiplər”lə yanaşı, "iPhone 15 Pro" modellərində fiziki düymələr tamamilə ləğv ediləcək.

Bundan əlavə, "!Apple" artıq "iPhone 15"dən başlayaraq bütün gələcək modellərin "Lightning"-dən "USB-C"yə keçəcəyini rəsmən təsdiqləyib. Gələcək illərdə şirkət "AirPods" və "Mac" aksesuarlarını da tədricən tək yuvaya köçürəcək.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən