Telegram Premium abunəçilərinin sayı beş ayda 1 milyonu ötüb

 19:14 06.12.2022     330

2022-ci ilin iyununda istifadəyə veriləndən bəri ödənişli "Telegram Premium" abunəliyinin istifadəçilərinin sayı 1 milyon nəfərə çatıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu messencerin təsisçisi Pavel Durov bildirib.

"Cəmi 5 ay əvvəl təqdim etdiyimiz "Telegram Premium" qısa müddətdə 1 milyon abunəçini keçdi və indiyə qədər istifadəyə verilmiş sosial media abunə planının ən uğurlu nümunələrindən birinə çevrildi. Hələ də Telegram-ın ümumi gəlirinin yalnız bir hissəsini təşkil etsə də, Telegram Premium hər gün durmadan böyüyür və bir gün hətta bizim reklamımızla rəqabət apara bilər”, - Durov deyib.

O qeyd edib ki, Telegram-ın hazırda üzərində işlədiyi əlavə monetizasiya strategiyaları və xüsusiyyətləri 2023-cü ildə gələcək maliyyə artımının əsasını qoyacaq.

"Uğurlu monetizasiya ilə Telegram serverlər, trafik və yeni funksiyaların yaradılmasına və mövcud funksiyaların dəstəklənməsinə davam etmək üçün lazım olan əmək haqqını ödəyə biləcək", - Durov əlavə edib.

Turan İSMAYIL