Divarda və tavanda yeriyən "it" yaradıldı - VİDEO

 23:50 19.12.2022     184

Koreyanın Elm və Texnologiya İnstitutunun mühəndisləri divarlarda və hətta tavanda gəzə bilən qeyri-adi it robotu hazırlayıblar.

Redaktor.az TASS-a istinadla bildirir ki, adından da göründüyü kimi, robot Marvel kainatının super qəhrəmanlarından, daha doğrusu, "Hörümçək adamd"an ilhamlanıb.

Robotun əsas sirri elektromaqnit pəncələrindədir - onlar metal səthlərdə qalmağa imkan verir.

Maqnitizmi açıb-söndürməklə robot bir ayağı ilə divarın şaquli nöqtəsinə yapışır, digər ayaqları yenidən yerləşdirərkən onun üzərində davam edə bilər.

Prototip saniyədə 0,7 metrə qədər sürətlə hərəkət etmək, çıxıntılı şüaların üstündən keçmək və 3 kq-a qədər faydalı yük daşımaq qabiliyyətinə malikdir. Təcrübə zamanı o, nəinki laboratoriya sınaqlarının öhdəsindən gəldi, həm də kifayət qədər metal olmayan yerlərdən yan keçərək paslı konteynerə dırmaşmağı bacarıb.

Mühəndislər gələcəkdə belə bir robot körpülərdə, sənayedə və binalarda təmir işləri zamanı faydalı ola biləcəyini bəyan ediblər.

Tunar Altunbay