İlon Mask istefa verəcəyi tarixi AÇIQLADI - FOTO
Məşhur milyarder, "SpaceX" şirkətinin təsisçisi İlon Mask tviterin baş icraçı direktoru vəzifəsindən gedəcəyi tarixi açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə o, öz tviter səhifəsində paylaşım edib. Milyarder bildirib ki, bu işi üzərinə götürəcək "axmağı" tapdığı zaman istefa verəcək.
Milyarder daha əvvəl tviterdə keçirilən sorğunun nəticələrinə əməl edəcəyinə söz verib və nəticədə istifadəçilərin 57,5%-i onun vəzifəsindən getməsinə “hə” deyə səs verib.
O, əvəzedicisi tapıldıqdan sonra hələ də proqram təminatı və server komandalarını işlədəcəyini deyib.
Qeyd edək ki, Mask tviteri aldıqdan sonra platformada etdiyi dəyişikliklər istifadəçilər tərəfindən çox ciddi tənqid edilib.
Nərmin VÜQARQIZI
Should I step down as head of Twitter? I will abide by the results of this poll.
— Elon Musk (@elonmusk) December 18, 2022












