"Ayfon" UCUZLAŞIR

 17:28 29.12.2022     566

"Apple" gələn il buraxılacaq "iPhone 15" smartfonların qiymətinin yenidən nəzərdən keçirilməsini müzakirə edir.

Redaktor.az xəbər verir ki, buna səbəb "iPhone 14 Plus" modelinin zəif satılmasıdır.

Sözügedən şirkət qərara gəlib ki, aşağı səviyyəli "iPhone" modellərinin növbəti nəsli aşağı qiymətə satılacaq.

Belə ki, əgər "14 Plus"un qiyməti 899 dollar idisə, onun  "iPhone 15 Plus" 799 dollardan satılacaq.

Mənbənin sözlərinə görə, bu baş verərsə, o zaman "iPhone 15" də ucuzlaşacaq. Bu ssenaridə iPhone 15-in qiyməti 799 dollar əvəzinə 699 dollar ola bilər.

Qeyd edək ki, "Apple" 2023-cü ildə daha bahalı "iPhone 15 Ultra" modelini təqdim edərək smartfonlarının çeşidini genişləndirəcək. Onun 1299 dollardan satışa çıxarılacağı iddia olunur. Bu da onu "iPhone 14 Pro Max"dan 200 dollar bahadır.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən