Bu ölkədə ötən il 10 min kiber fırıldaqçı müəyyən edilib

 11:14 06.01.2023     531

Rusiya hüquq-mühafizə orqanları ötən il internetdə və ya mobil rabitə vasitəsilə dələduzluq edən 10 minə yaxın şəxsi müəyyən ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

“2022-ci ilin 11 ayı ərzində dələduzluq etmiş 9983 nəfər (ən ağır cinayətə görə) müəyyən edilib”, - Baş Prokurorluqdan qurumun sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə, 2021-ci ilin eyni dövrü ilə müqayisədə aşkarlanan kiber fırıldaqçıların sayı 45% artıb.

Turan İSMAYIL