Başqa planetlərdə həyatın axtarışı üçün lazer cihaz yaradıldı

 08:36 18.01.2023     804

Alimlər başqa planetlərdə lazerin köməyi ilə bioloji aktivliyin axtarışı üçün cihaz yaradıblar.

Redaktor.az xəbər verir ki, bu barədə Merilend Universiteti məlumat yayıb.

Qeyd olunub ki, təxminən 8 kq ağırlığında olan cihazda həyat əlamətlərini aşkar etmək və materialların tərkibini təyin etmək üçün iki vacib alət - nümunədən az miqdarda materialı götürən impulslu ultrabənövşəyi lazer və kimyəvi tərkibi müəyyən etmək üçün buraxılan şüaların spektrini təhlil edən “Orbitrap” analizator mövcuddur.

Aparatın ixtiraçılarından biri Rikardo Arevalo bildirib ki, “Orbitrap” əvvəlcə kommersiya məqsədləri üçün yaradılıb: “Siz onları əczaçılıq, tibb və proteomik sənayenin laboratoriyalarında tapa bilərsiniz. Laboratoriyamızdakı alətin çəkisi təxminən 200 kq-dır. Səkkiz ilə kosmosda effektiv şəkildə istifadə oluna bilən kiçildilmiş prototipi yarada bildik”.

Yeni cihaz daha böyük sələfləri ilə eyni üstünlüklərə malikdir və kosmik tədqiqatlar, planet materiallarının yerində təhlili üçün optimallaşdırılıb.