Votsap bu ölkədə qadağan oluna bilər

 11:33 10.03.2023     858

Votsap (Whatsapp) mesajlaşma proqramı “Onlayn Təhlükəsizlik Aktı”na görə tezliklə İngiltərədə qadağan oluna bilər.

Redaktor.az HaberGlobal-a istinadla xəbər verir ki, "Meta"nın votsap rəhbəri Uill Ketkart İngiltərənin tezliklə təsdiqlənməsi gözlənilən Onlayn Təhlükəsizlik Qanunu səbəbindən votsapı qadağan edə biləcəyini açıqlayıb.

Bildirilib ki, Onlayn Təhlükəsizlik Aktı tətbiqi hazırda mesajları qoruyan ucdan-uca şifrələməni zəiflətməyə məcbur edə bilər.

Hökumət şirkəti bu təhlükəsizliyi zəiflətməyə məcbur edərsə, votsap bundan imtina edəcək və proqramın ölkə daxilində tamamilə qadağan olunma ehtimalı var.

Başdan sona şifrələmə yalnız göndərən və qəbul edənin onları oxuya bilməsini təmin etməklə mesajları qoruyur.

Texnologiya şirkətləri və təhlükəsizlik mütəxəssisləri bildirirlər ki, mesajları sındırma və digər təhlükələrdən qorumaq vacibdir. Lakin bəzi ölkələr, o cümlədən Böyük Britaniya, mesajların qeyri-qanuni məzmunun yoxlanılmasından əvvəl bunun zəiflədilməli olduğunun tərəfindədilər.

Arzu İSMAYIL