“WhatsApp”a yeni funksiyalar əlavə edildi

 13:53 22.03.2023     1226

Dünyanın aparıcı ismarıc mübadiləsi sistemi - “Whatsapp"a qrupların və icmaların idarə olunması ilə bağlı yeni funksiyalar əlavə edilib.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, yeni imkanlar sayəsində istifadəçilər tanışları ilə hansı ümumi qruplarda və icmalarda olduqlarını görə biləcəklər.

Bundan başqa, inzibatçılar icmaların idarə olunmasına dair daha çox imkan əldə edəcəklər.

Yeni funksiyaların yaxın həftələrdə aktiv olacağı gözlənilir.