Azərbaycanlı xanımın bu layihəsi böyük marağa səbəb oldu - FOTO

 00:24 23.03.2023     1327

Qlobal istiləşmənin yaratdığı problemlər fonunda yaşıl enerji sənayəsində innovativ layihələrin həyata keçirilməsi istiqamətində dünyada müxtəlif təşəbbüslər irəli sürülür. Bu sahədə ölkəmizi təmsil edən azərbaycanlıların olması da sevindirici haldır.

Redaktor.az xəbər verir ki, “BeWorks Automation” şirkətinin təsisçisi Fidan Cavadovanın avtomobillər üçün universal şarj alətinin prototipini yaratmaq ideyası Böyük Britaniyada marağa səbəb olub. Bu ideyanın gerçəkləşməsi sayəsində elektromobil sürücülərinin həyatı asanlaşacaq, xüsusilə də yaşlı, fiziki məhdudiyyətli sürücülərin şarj təcrübələri daha əlçatan və rahat olacaqdır.

“BeWorks Automation” şirkətinin əsas işi elektromobillər üçün şarj qurğuları infrastrukturu və bərpa olunan enerji sənayesini inkişaf etdirməyə yönəlib. Qurumun təsisçisi Fidan Cavadova Böyük Britaniya hökuməti tərəfindən çox çətin alına bilən İnnovator Vizasına layiq görülən ilk azərbaycanlı xanımdır.

Hazırda Fidan xanım şarj alətinin son prototipini bitirmək üçün maliyyə dəstəyi axtarır. O, bu məqsədlə kraudfandinq (insanların könüllü olaraq öz vəsaitlərini və digər resurslarını hər hansı layihəni həyata keçirmək üçün birləşdirməsi – red.) kampaniyasına başlayıb.
Bu kampaniyadan 25 000 funt sterlinq toplanması nəzərdə tutulur. Kampaniya barədə video təqdimatla tanış olmaq, eləcə də ianə etmək üçün bu linkə daxil olaraq Fidan xanıma dəstək ola bilərsiniz:

https://www.crowdfunder.co.uk/p/accessible-ev-chargepoints-development

2222