Yarım milyondan çox Koreya avtomobili geri çağırıldı

Cənubi Koreyanın Hyundai şirkəti və onun törəməsi olan Kia qısaqapanma təhlükəsi səbəbindən ABŞ-də satılan 570 mindən çox avtomobili geri çağırıb.
Redaktor.az xəbər verir ki, qüsur 2022 və 2023-cü illər istehsalı olan Hyundai Santa Cruz, 2019-2023-cü illər istehsalı olan Hyundai Santa Fe, 2021-2023-cü illər istehsalı olan Hyundai Santa Fe Hybrid, 2022-2023-cü illər istehsalı olan Hyundai Santa Fe Plug-in Hybrid və Kia Carnival modellərində aşkar edilib.
Cənubi Koreya şirkətləri bu modellərin sahiblərinə onları qapalı yerlərdə park etməməyi tövsiyə ediblər.