Telefonlar niyə sönür? - 3 SƏBƏB
Mobil cihazın öz-özünə sönməsi telefonun işini yüksək dərəcədə çətinləşdirir. Bu zaman smartfon sahibi vacib zəngi və ya mesajı qaçıra bilər. Həmçinin, vacib məlumatların da silinmə ehtimalı var. Problemi gözardı etmək olmaz.
Redaktor.az lent.az-a istinadən smartfonların anidən sönməsinin 3 səbəbini təqdim edir:
Mexanik zədələnmə
Əgər telefon əlinizdən düşübsə, cihazın zədələnməsi ehtimalı böyükdür. Bu da telefonunuzun tez-tez sönməsinə gətirib çıxara bilər.
Batareya problemləri
Batareya çox köhnədirsə, bu zaman cihaz düzgün işləməyə bilər. Bu smartfonun daimi sönməsinə şərait yaradır. Sadəcə olaraq batareyanın dəyişdirilməsi problemi həll edəcək.
Proqram təminatı problemləri
Telefonun tez-tez sönməsi zərərli proqramın quraşdırılmasından asılı ola bilər. Deməli, proqram təminatı düzgün yenilənməyib. Bu vəziyyətdə problem antivirusların köməyi ilə həll edilir.
Bunlarla yanaşı, yaddaşın həddindən artıq dolması da cihazın sönməsinə gətirib çıxara bilər.