Pulsuz şarj cihazları təhlükəlidir

 10:44 12.04.2023     1720

Telefonlar üçün ictimai yerlərdə yerləşdirilmiş havayı şarj cihazları təhlükəli ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə BGR nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, bununla bağlı ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) Denverdəki nümayəndələri öz Tvitter hesablarında xəbərdarlıq ediblər.

Hücumçular zərərli proqram və proqram təminatı yeritmək üçün ictimai USB portlarından istifadə etmək yollarını tapıblar.

Alternativ olaraq, ictimai yerlərdə məftilli şəxsi adapterdən istifadə etməyi təklif olunur:

“Çirkli USB portu vasitəsilə quraşdırılmış zərərli proqram cihazı kilidləyə və ya şəxsi məlumat və parolları birbaşa təcavüzkara ixrac edə bilər”.

Tunar Altunbay