Süni insan beyni yaradıldı

 10:17 25.04.2023     2071

Sidney Universitetinin mütəxəssislərinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu insan beyninə bənzər qısamüddətli və uzunmüddətli yaddaşın xüsusiyyətlərini nümayiş etdirən insan tükünə bənzər nanokristallar şəbəkəsi hazırlayıb.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri “Science Advances” jurnalında dərc olunub.

Filamentvari nanokristallar diametri nanometr səviyyəsində olan naqillərə bənzəyir. Tük şəbəkələri beyindəki neyronların və sinapsların işini təqlid edən neyromorfik texnologiyalar üçün əsas kimi istifadə olunur. Beləliklə, nanokristalların keçiriciliyi ondan əvvəl keçən elektrik cərəyanından asılı olaraq dəyişir ki, bu da yaddaş kimi tanınır.

Tunar Altunbay