Bu gündən 4 telefonda eyni votsap hesabına daxil ola biləcəksiz

 18:58 25.04.2023     2078

Bu gündən etibarən dörd telefonda eyni votsap hesabına daxil ola bilmək mümkün olacaq.

Redaktor.az xəbər verir ki, bununla bağlı votsap platformasının daxil olduğu “Meta” şirkətinin rəhbəri Mark Zukerberq məlumat verib.

Bildirilib ki, ötən ildən bütün dünyada votsap istifadəçilərinin təhlükəsizlik və məxfilik səviyyələrini qorumaq üçün bir sıra tədbirlər görülüb.

Bunun nəticəsi olaraq hazırda 4 telefonda eyni votsap hesabını istifadə etmək imkanı yaranacaq.