"Apple" pullu tibbi proqram yaradacaq

 17:05 26.04.2023     2419

 “Apple” şirkəti qidalanma və sağlamlığa nəzarət etməyə imkan verən pullu xidmət təqdim etmək niyyətindədir.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Layihə Quartz kod adı altında mövcuddur. Mənbələrin sözlərinə görə, xidmət təlim proqramını təşkil etməyə, düzgün qidalanma və yuxuya dair məsləhətlər verməyə kömək edəcək. Tətbiqdə tibbi funksiyalar və istifadəçinin saxlaya biləcəyi jurnal olacaq. Sağlam həyat tərzi üçün tövsiyələr süni intellekt tərəfindən seçiləcək.

Məlumata görə, "Apple" proqramı 2024-cü ildə istifadəyə verəcək. Xidmət "iPhone", "iPad" və digər markalı avadanlıqların istifadəçiləri üçün əlçatan olacaq.

Həmidə İbrahimli