Votsapda daha bir yenilik

 12:41 02.05.2023     325

Vindovs üçün votsap messencerində yeni funksiya yaradılıb.

Redaktor.az “WABetaInfo” portalına istinadən xəbər verir ki, indi səsli mesajları söhbət otaqlarından kənarda dinləyə bilərsiniz.

Bu funksiyadan votsapın ən son beta versiyasını yükləyən hər kəs istifadə edə bilər.

“Bu, çox rahat və faydalıdır, xüsusən də kimsə çox uzun səsli mesajı dinləyirsə, indi onun dinləyərkən digər çatlarda ünsiyyətini davam etdirmək imkanı var”, - portal redaktorları deyir.

Bu yenilik proqramın stabil versiyasının sahibləri üçün də əlçatan ola bilər.

Xatırladaq ki, aprelin 25-də votsapın daha bir yeni funksiyası haqqında məlumat verildi. Belə ki, bir messencer hesabı beş fərqli cihazda əlçatan olacaq. Yaradıcılar bildirmişdilər ki, onlar yeniləməni artıq tətbiq etməyə başlayıblar, yaxın həftələrdə o, bütün dünyada istifadəçilər üçün əlçatan olacaq.

Arzu İSMAYIL