Votsapda daha bir yenilik

 12:43 06.05.2023     402

Votsapın məxfilik parametrlərinə yeni funksiya əlavə edilib.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, yeni əlavə istifadəçilərin məxfiliyi üçün naməlum nömrələrdən gələn zəngləri susdurmağa imkan verir.

Bu keçidin aktivləşdirilməsi kontaktlarınızda olmayan nömrələrdən gələn zəngləri susdursa da, onlar “zənglər tabı”nda görünməyə davam edəcək. Bu isə insanlara nömrəsi kontaktında olmayan amma tanıdıqları şəxsi seçməyə imkan verəcək.

Funksiya yaxın günlərdə geniş istifadəçilər üçün əlçatan olacaq.