Tvitterdə yeniliklər olacaq

 10:32 10.05.2023     306

 “Tvitterə video, audio zənglər və şəxsi mesajların şifrələnməsi əlavə ediləcək”

Redaktor.az “Lenta.ru”a istinadla xəbər verir ki, bu barədə xəbəri sosial şəbəkənin sahibi İlon Mask öz hesabında paylaşıb.

Məlumata görə, platformada qeydiyyatdan keçən hər kəs səsli və görüntülü söhbətlər edə bilər.

"Siz dünyanın istənilən yerində insanlarla telefon nömrənizi vermədən ünsiyyət qura bilərsiniz",-deyə o deyib.

Həmidə İbrahimli