"Google" 3 milyon cərimələndi

 17:52 11.05.2023     360

"Google" Rusiyada 3 milyon rubl cərimələnib.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, platformanın sahibi olan "Google" LGBT təbliğatını ehtiva edən videoları "YouTube"dan silmədiyi üçün Rusiya məhkəməsi tərəfindən 3 milyon rubl (təxminən 40 min dollar) cərimələnib.

Qeyd edək ki, "Google" daha əvvəl 2021-ci ildə oxşar səbəblərə görə 7,2 milyon rubl cərimələnmişdi.

Humay İSGƏNDƏRLİ