Votsapda daha bir yenilik

 11:18 16.05.2023     323

Votsapın bu dəfəki yeniliyində söhbətləri kilidləyə biləcəyik.

Redaktor.az xəbər verir ki, bununla bağlı “Meta” şirkətinin rəhbəri Mark Zukerberq feysbuk hesabında məlumat yayıb.

İstifadəyə veriləcək yeni funksiyaya əsasən, istifadəçi istədiyi söhbəti klidləyə, ona parol qoya biləcək.

Eyni zamanda klidlənmiş mesajlarda bildirişlər görünməyəcək. 

Humay İSGƏNDƏRLİ