Tezliklə 5G Azərbaycana GƏTİRİLƏCƏK

 17:42 16.05.2023     485

"Azərbaycanda 5G şəbəkəsinin inkişafı ilə bağlı böyük addımlar atılır və düşünürəm ki, tezliklə 5G Azərbaycana gələcək".

Redaktor.az xəbər verir ki, bunu Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2023” konfransında İsveçin "Ericsson" şirkətinin nümayəndəsi Aydın Abyanbekov (Aidyn Abjanbekov) bildirib.

"Azərbaycanda 5G-nin tətbiqi üçün münbit mühit var. Dünyadakı son rəqəmlər 5G-yə qoyulan investisiyaların özünü doğrultduğunu göstərir. Bundan daha çox biznes sektoru qazanc əldə edir. Hesablamalara görə, gələcəkdə 4G cəmi 30 % əhatə dairəsinə sahib olacaq. Bu baxımdan Azərbaycan da 5G tətbiq etmək imkanına malikdir və tezliklə Azərbaycana da bu texnologiyanın gələcəyinə inanırıq”, - deyə o qeyd edib (report).