Süni intellektlə fırıldaqçılıq artıb

 10:07 21.05.2023     346

Süni intellekt sistemləri artıq fırıldaqçıların yaşlı amerikalılardan pul oğurlamasını asanlaşdırır və bir neçə senator Cozef Bayden administrasiyasına məsələyə müdaxilə etməyi, insanları bu yaranan təhlükədən qorumağı xahiş edib.

Redaktor.az xəbər verir ki, respublikaçı senator Mayk Braun artıq bununla bağlı Federal Ticarət Komissiyasına məktub göndərib.

Hər iki partiyanın Senatorları tərəfindən imzalanan məktubda insanların səslərini təkrarlamaq üçün istifadə edilə bilən süni intellekt texnologiyası ilə bağlı araşdırma aparılması tələb olunub.

Braun bildirib ki, fırıldaqçılıq hər il bu cür saxtakarlıqla təxminən 2,6 milyard dollar əldə edir. Onun sözlərinə görə, fırıldaqçılar səs klonlama texnologiyasına çıxış əldə etdikdən sonra yaşlı insanlar xüsusilə risk altındadır.

“Süni intellekt işi daha da asanlaşdırır, çünki bu, nəvənizlə danışmağa bənzəyir”.