İrlandiya "Meta"nı 1,2 milyard avro CƏRİMƏLƏDİ

 15:26 22.05.2023     632

İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası istifadəçilərin şəxsi məlumatlarının ABŞ-a ötürülməsinə görə "Meta"-nı 1,2 milyard avro cərimələyib.

Redaktor.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə bazar ertəsi Avropa Məlumatların Mühafizəsi Şurası öz saytında məlumat yayıb.

İrlandiya Məlumatların Mühafizəsi Komissiyasının Facebook xidməti ilə bağlı araşdırmasından sonra Avropa Məlumatların Mühafizəsi Şurasının məcburi qərarı ilə Meta 1,2 milyard avro cərimələnib.

Şirkət həmçinin məlumatların ötürülməsini Avropa İttifaqının qaydalarına uyğun həyata keçirməlidir.

Qeyd olunur ki, bu, Aİ-nin məxfilik qaydalarına əməl edilməməsinə görə ən böyük cərimədir.

Reuters-in məlumatına görə, Meta qərardan apellyasiya şikayəti verəcək və məhkəmələr vasitəsilə icranın dayandırılmasını tələb edəcək.

2022-ci ilin noyabrında İrlandiya tənzimləyicisi Aİ məxfilik qaydalarını pozduğuna görə Meta-nı 265 milyon avro cərimələdi və şirkətin ümumi cərimələrini ən ciddi pozuntulara görə şirkətlərin illik gəlirinin 4%-nə qədər 1 milyard avroya çatdırdı.

Tunar Altunbay