Maskın çip şirkəti insan üzərində araşdırmaya icazə aldı

 12:08 26.05.2023     319

Elon Mask, beyin çipi şirkəti üçün icazə aldığını açıqlayıb.

Redaktor.az "NTV"ə istinadən xəbər verir ki, Maskın "Neuralink"in şirkəti ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən ilk insan sınaqlarını keçirmək üçün icazə alıb.

"Neuralink" şirkəti  beyinə yerləşdiriləcək mikroçiplər sayəsində iflic və korluq kimi nevroloji pozğunluqları müalicə etməyi, əlillərin həyat keyfiyyətini yaxşılaşdırmağı hədəfləyir.

Humay İSGƏNDƏRLİ