İlon Mask yenidən dünyanın ən varlı adamları siyahısında birinci yerdədir

 10:00 01.06.2023     299

Amerikalı sahibkar, Tesla və SpaceX-in rəhbəri İlon Mask dünyanın ən varlı adamları siyahısında birinci yeri bərpa edib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, Fransanın lüks mallar istehsalçısı LVMH (LVMH Moet Hennessy - Louis Vuitton) sahibi Bernard Arnault ikinci yerə keçib.

BBI-nin məlumatına görə, Maskın sərvəti 192 milyard dollar, Arnonun sərvəti isə 187 milyard dollar qiymətləndirilir.

Bir gün əvvəl Maskın sərvəti 190 milyard dollar, Arnonun sərvəti 192 milyard dollar idi. İlin əvvəlindən Maskın sərvəti 55,3 milyard dollar, Arnonun sərvəti isə 24,5 milyard dollar artıb.
Bir gün əvvəl Tesla səhmləri 1,38% bahalaşarkən, LVMH səhmləri isə 2,64% ucuzlaşıb.

Amazon qurucusu Ceff Bezos 144 milyard dollarla milyarderlər siyahısında üçüncü, Microsoft-un qurucusu Bill Qeyts isə 125 milyard dollarla dördüncü yerdədir.

Turan İSMAYIL