"Samsung" öz smartfonlarının kamerasında problemlərin olduğunu etiraf etdi

 10:18 05.06.2023     364

“Samsung” şirkəti “Galaxy S23” seriyalı smartfonların kamerası ilə çəkilmiş fotolarda həddindən artıq bulanıqlıq problemini həll edəcəyinə söz verib.

Redaktor.az “Lenta.ru”a istinadla xəbər verir ki, istifadəçilər hələ aprel ayında “Galaxy S23” smartfonlar seriyasında kamera problemlərini müşahidə ediblər.

Məlum olub ki, obyektləri yaxın məsafədən çəkərkən fotoşəkillərdə banana bənzəyən bulanıq yerlər görünür. Bu baxımdan problem “Bananagate” adlandırılıb.

"Samsung" mühəndisləri qeyd ediblər ki, bulanıqlıq problemi zəif işıqlandırma şəraitində yüksək keyfiyyətli fotoşəkillər çəkmək üçün nəzərdə tutulmuş sürətli obyektivlə bağlıdır.

Müvəqqəti tədbir olaraq şirkət nümayəndələri istifadəçilərə ən azı 30 santimetr məsafədən obyektləri çəkməyi təklif ediblər.

Həmidə İBRAHİMLİ