Sosial şəbəkədən istifadə edənlərin NƏZƏRİNƏ – 5 min manat cərimələnə bilərsiniz

 16:53 07.06.2023     347

Son zamanlar sosial şəbəkədə təhqir və şantaj hallarına tez-tez rast gəlinir. Qurbanlar təkcə tanınmış simalar deyil. Kimi adi tənqidi təhqirə çevirir, kimi də qarşı tərəfi özəl foto və videolarla hədələyir.

Redaktor.az xəbər verir ki, sosial şəbəkədən mariflənmək deyil, qisas aləti kimi istifadə edənlərin sayı kifayət qədər çoxdur.

İnsanları çıxılmaz vəziyyətə salanlar məsələnin hüquqi tərəfindən xəbərsizdirlər. Cinayət Məcəlləsində bu kimi hallara qarşı kifayət qədər tədbirlər nəzərdə tutulub. Müvafiq maddələrə əsasən, 1000 manatdan 5000 min manatadək cərimə və ya həbs cəzası da tətbiq oluna bilər.

Ətraflı AZTV-nin videomaterialında izləyə bilərsiniz: