Votsapdan yeni dizayn

 12:26 13.06.2023     327

Votsap tərtibatçıları növbəti yeniləmələrdən birində mobil müştəri interfeysini yeniləməyi planlaşdırırlar ki, bu da bir neçə dəyişiklik və maraqlı funksiyalar gətirəcək. 

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, yenidən dizaynın ilk göstərişləri Android üçün messencerin ən son beta versiyalarında görüləcək.

İnterfeys yeniləməsi “iPhone”da da olduğu kimi yuxarıdan aşağıya daşınan nişan paneli şəklində düzüləcək.

İndi "Status", "Zənglər" və "Söhbətlər" nişanları aşağıda göstəriləcək və "İcmalar" nişanı da əlavə olunacaq - bu, bir neçə söhbəti tematik qruplara birləşdirmək üçün Teleqramdakı qovluqlarına bənzəyir.

Ən əhəmiyyətli dəyişiklik isə, yeni söhbətlərə tez başlamağa imkan verən üzən hərəkət düyməsinin görünüşündə dəyişiklikdi. Yenilənmiş düymə bir az yuvarlaqlaşdırılmış kənarları olan kvadrat forma alacaq ki, bu da “Material Design 3”ün tövsiyələrinə uyğundur. Eyni zamanda, bu yenidən dizayn zəng və status nişanlarındakı düymələrə də təsir edəcək.

İnterfeysin yenidən dizaynına əlavə olaraq, votsap daha bir neçə maraqlı funksiya üzərində işləyir. Onlardan biri fotoşəkilləri sıxılmadan göndərmək imkanıdır. Yeni versiyada proqramın daha stabil işləməsi və emoji ilə yenidən işlənmiş klaviatura haqqında da məlumat verilir.

Dizaynının yeniləməsi üçün dəqiq bir tarix yoxdur, lakin bu, adətən sınaqdan sonra bir neçə həftə ərzində baş verir, buna görə də çox güman ki, uzun çəkməyəcək.

Xatırladaq ki, son yeniləmədə Votsap Teleqramda da olduğu kimi kanallar əlavə edib. Göndərilən mesajları redaktə etmək və dialoqları parol və ya biometrik məlumatlarla qorumaq imkanları ortaya çıxıb.

Arzu İSMAYIL