Samsung smartfonlarına tələbat sürətlə azalır

 18:05 13.06.2023     394

2023-cü ildə “Samsung” 230-240 milyon smartfon sata biləcək ki, bu da planlaşdırılandan 40-30 milyon azdır.

Redaktor.az xəbər verir ki, bu barədə “PhoneArena” yeni analitik materialında bildirilir.

Məlumata görə, Samsung hələ də dünyanın ən böyük smartfon istehsalçısıdır və əsas rəqibi “Apple”ı xeyli qabaqlayır, lakin ona sürətlə tələbat azalır. 2023-cü ilin ikinci rübündə şirkət bazara 55 milyon smartfon təqdim edib ki, bu da yanvar-mart (61,5 milyon ədəd) və 2022-ci ilin ikinci rübünün (62,5 milyon ədəd) nəticələrindən xeyli azdır.

Cənubi Koreya texnologiya şirkətinin 2023-cü ilin sonuna qədər 240 milyondan çox smartfon sata bilməyəcəyi gözlənilir. Bu “Samsung”un ilin əvvəlində planlaşdırdığı 270 milyon ədəddən nəzərə çarpacaq dərəcədə azdır.

“PhoneArena” yazır ki, Samsung satışları "Galaxy S23" və "Galaxy A" seriyasından olan  orta səviyyəli smartfonlara qlobal tələbatın azalması səbəbindən aşağı düşür.

Arzu İSMAYIL