"Bütün insanlar kiborqdur" - İlon Mask

 21:24 13.06.2023     466

Amerikalı sahibkar İlon Mask süni intellekt (AI) və texnologiyanın inkişafı mövzusunda danışıb.

Redaktor.az xəbər verir ki, bu barədə fikirlərini "Twitter" səhifəsində paylaşıb.

Süni intellektin artıq insan həyatına kifayət qədər inteqrasiya olunduğunu qeyd edən Musk bildirib ki, müasir insanları artıq kiborq adlandırmaq olar.

Milyarderin sözlərinə görə, insan yaddaşı əksər hallarda "kompüterlərə verilir" - sahibkar vurğulayır ki, maşınlar hər şeyi pikselə qədər həddindən artıq dəqiqliklə yadda saxlayır.

Eyni zamanda Musk hesab edir ki, hazırda süni intellekt insan beyni ilə rəqabət apara bilməz:

“Biz hələ də süni intellektin edə bilmədiyi çox şeyi edə bilərik”.

Bununla belə, Tesla və SpaceX-in rəhbəri qeyd edib ki, gələcəkdə vəziyyət dəyişə bilər.

Mask, həmçinin məşhur İT-blogger Markes Braunlinin insanı güclü kompüter hesab etmək olar dediyi fikirləri dəstəkləyib. Braunli qeyd edib ki, insan bədəni ultra yüksək ayırdetmə qabiliyyətinə və məkan səsini dəstəkləyən su ilə soyudulan superkompüterdir.

Xtırladaq ki, mayın sonunda İlon Maska məxsus "Neuralink" şirkəti ABŞ tənzimləyicisindən beyinə çiplərin implantasiyası üçün insanlar üzərində klinik təcrübələr keçirmək üçün icazə alıb.

O da məlum olub ki, yaxın vaxtlarda korporasiya könüllülərin axtarışına başlayacaq.

Tunar Altunbay