Bu SMS-i aldıqdan sonra dərhal SİLİN

 21:55 15.06.2023     561

Telefon sahibləri çox vaxt müəyyən mesajlar alırlar. Bunların hamısı tanıdıqları, bildikləri insanlar olmur. Bəzən bu mesaj yad şəxsdən və ya naməlum bir sistemdən gəlir.  

Redaktor.az lent.az-a istinadən bildirir ki, belə bir vəziyyətdə mobil cihazın sahibi diqqətli olmalıdır. Hətta bəzən mesajı mümkün qədər tez silmək lazımdır. 

Belə ki, əgər göndərilən mətndə hiperlink varsa, bu, hər hansı təhlükəli internet resursu ola bilər. Bu zaman smartfon sahibi həmin linkə daxil olarsa, onun şəxsi məlumatları oğurlana bilər. Buna görə də, heç vaxt bilinməyən mesajlardakı linkə daxil olmamalısınız. Onu dərhal silməkdə də fayda var. Çünki təsadüfən çaşıb həmin sətrə klikləyə bilərsiniz. 

Onu da qeyd etmək lazımdır ki, bütün hiperlinklərdən qorxmaq lazım deyil. Əgər link dostunuz və ya tanışınız tərəfindən göndərilibsə, mesajın kontekstindən təhlükəli heç nə olmadığı aydındırsa, (məsələn, video və ya bir növ məqalədən danışırıq), onda təklif olunan linkə keçid edə bilərsiniz.