"Apple" sınmayan və çızılmayan "iPhone" hazırlayır - FOTO

 21:36 16.06.2023     457

"Apple" korpusa ehtiyacı olmayan iPhone hazırlamağı planlaşdırır: onu cızmaq demək olar ki, mümkün deyil. Şirkət korpusu cızıqlara qarşı davamlı edəcək materialı patentləşdirib.

Redaktor.az "Daily Mail"ə istinadla xəbər verir ki, yeni material "hibrid" kimi təsvir edilir.

Konsepsiya onun keramika, metal və ya digər materialdan hazırlana bilən, aşınmaya davamlı dəyirmi qranullarla birlikdə istifadəsini nəzərdə tutur. Bu qranullar həm qoruyucu, həm də dekorativ rol oynamalıdır: üstündəki muncuqlar işıqda parılayacaq və qiymətli daşları təqlid edəcək.

Yeni inkişafın əsas vəzifəsi insanları smartfonları çantalarda gəzdirmək məcburiyyətindən xilas etməkdir.

Yeni material yalnız "iPhone" üçün nəzərdə tutulsa da, jurnalistlər onun həm "iPad", həm də "Mac"-a asanlıqla uyğunlaşdıra biləcəyinə inanırlar.

Tunar Altunbay

iphone patent