İnsan beyninə çip qoyulması ilə bağlı sınaqlar başlandı

 14:15 17.06.2023     535

"SpaceX" və "Tesla"nın rəhbəri Elon Mask bildirib ki, onun beyin çipi startapı “Neuralink” bu il ilk insan sınaqlarına başlayacaq, artıq xəstələr üçün kriteriyalara qərar veriblər.

Redaktor.az “Reuters”ə istinadla xəbər verir ki, milyarder bu barədə Parisdə “VivaTech” tədbirində vurğulayıb.

"İnsanda çip implantasiyası ilə bağlı ilk hadisə bu ilin sonunda olacaq",-deyə iş adamı söyləyib.

Maskın sözlərinə görə, “Neuralink” tetraplegiya və ya aşağı ətrafların iflici olan xəstəni mikroçipləməyi planlaşdırır.

O, şirkətinin ümumilikdə sınaq üçün neçə xəstə tapmağı planlaşdırdığını dəqiq açıqlayıb. Həmçinin milyarder insan sınaqlarının nə qədər davam edəcəyi ilə bağlı məlumatları da şərh etməyib.

 “Neuralink” çipləri bədən üzvlərinin hərəkətliliyini itirmiş insanlara kömək edəcək. “Startap” bu istiqamətdə uzun müddətdir ki, qoyunlar, donuzlar və meymunlar üzərində sınaqlar aparır.

Qeyd edək ki, mayın 26-sı “Neuralink” insanlar üzərində klinik sınaqlar üçün tənzimləyici icazə aldığını açıqlayıb . Bu icazə yalnız ABŞ-ın yurisdiksiyası daxilində kəllə üzərində əməliyyatların təsdiqini deyil , həm də bu məqsədlər üçün cərrahi robotların istifadəsini də nəzərdə tutur.

“Neuralink” çip implantasiyasının hazırkı versiyasında robot xəstənin kəllə sümüyündə kiçik bir deşik açmalı və sonra implant daxil edilməlidir. Bu prosedurdan sonra çip nazik elektrodlardan istifadə edərək beyin qabığına birləşdirilməlidir.

Arzu İSMAYIL