Belçika sakini məhkəmədə "Tesla"ya qalib gəldi

 15:56 17.06.2023     376

Belçika sakini dörd il əvvəl aldığı "S P100D" model avtomobilinin keyfiyyəti ilə bağlı iddiaları ilə əlaqədar Tesla-dan 158,6 min avro məbləğində pul təzminatı alıb.

Redaktor.az "Het Laatste Nieuws"a istinadla xəbər verir ki, Antverpen Apellyasiya Məhkəməsi sürücülük rahatlığı və təhlükəsizliyi baxımından əhəmiyyətli çatışmazlıqları təsdiqləyib.

Xüsusilə də avtomobilin sahibi nasaz sensorlar, əyləc sistemi, displey ekranındakı nasazlıqlardan şikayətlənib.

Avtomobildəki nöqsanlar ekspertlər tərəfindən təsdiqlənib.

Məhkəmə həmçinin avtomobil istehsalçısının iddia zamanı əməkdaşlıq etməməsini tənqid edib.

Qeyd olunur ki, Tesla nümayəndələri qərardan Kassasiya Məhkəməsinə şikayət etməyi planlaşdırırlar.

Tunar Altunbay