Telefonlarımız isti havada niyə pis işləyir?
Yay fəslində temperaturun yüksəlməsi nəinki insanlara, eləcə də elektron cihazlara təsirsiz ötüşmür.
Redaktor.az BBC-yə istinadla xəbər verir ki, telefonlarımız isti havanın təsirindən öz normal funksiyasını itirə bilər.
“Leeds Beckett” Universitetindən elektrik və elektronika mühəndisi Roz Wyatt-Millington telefonlarımızın yüksək temperaturda hansı səbəbdən yaxşı işləmədiyinə və bununla necə mübarizə apara biləcəyimizə aydınlıq gətirib.
Onun sözlərinə görə, telefonların batareyaları özündə enerji saxlayır və müəyyən temperaturlarda işləmək üçün nəzərdə tutulub.