Avropa İttifaqı bu notbukları qadağan edə bilər
Avropa İttifaqı elektronika istehsalçıları üçün tələblərini sərtləşdirməyə davam edir.
Redaktor.az "ComputerBase"ə istinadla xəbər verir ki, smartfonlarda və digər qacetlərdə “USB-C” konnektorunun məcburi olmasından sonra Aİ Parlamenti çıxarıla bilən akkumulyatorları olmayan notbukların satışını qadağan etməyi təklif edən yeni qaydalar qəbul edib.
Rəsmilər istifadəçilərin gələcəkdə noutbuklarında batareyaları dəyişdirməkdə problem yaşamamasını istəyirlər.
Yeni tələblər əvvəlcə təsdiqlənməlidir və bu baş verərsə, istehsalçıların buna əməl etməsinə 3,5 il vaxt lazımdır.
Qeyd olunur ki, bu gün bir çox istehsalçılar çıxarılmayan akkumulyatorlu noutbukları istehsal edirlər.
Bunlar nazik ultrabuklardır və istifadəçinin xidmət mərkəzinə müraciət etmədən batareyanı dəyişdirməsi demək olar ki, mümkün deyil.
Aİ-nin yeni akkumulyator direktivindən çıxarış göstərir ki, “doğru” noutbuk batareyaları davamlılığı artırmalıdır. Məsələn, onlar 500 şarj dövründən sonra ən azı 83% və 1000 dövrədən sonra ən azı 80% tutum saxlamalıdırlar.
İndiki təklif yalnız noutbuklara aiddir, lakin gələcəkdə bu qaydaları həm smartfonlara, həm də planşetlərə şamil etmək olar.
Arzu İSMAYIL