3D printerində hazırlanan raket mühərriki sınaqdan keçirilir

 10:21 19.06.2023     435

Böyük Britaniyada Edinburqda yerləşən "Skyrora" şirkəti 3D çap edilmiş raket mühərrikinin sınaqlarına başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə bazar ertəsi "Sky News" telekanalı məlumat yayıb.

Məlumata görə, printerin istifadəsi əvvəlki modellərlə müqayisədə mühərrikin istehsal müddətini yarıya endirir və xərcləri azaldır.

Sınaqların nəticəsi uğurlu olarsa, şirkət onların istehsalını artırmağı planlaşdırır.

Xatırladaq ki, mart ayında ABŞ-da demək olar ki, tamamilə 3D printerində çap edilmiş "Terran 1" raketi buraxıldı.

Lakin mühərriklərdən birinin nasazlığı səbəbindən raket orbitə çıxa bilmədi.

Raket tərtibatçısı "Relativity Space"in vebsaytında qeyd edilib ki, "Terran 1"in 85 faizi doqquz mühərriki də daxil olmaqla 3D printerində çap edilib.

Tunar Altunbay