“Amazon” milyonlarla insanı aldatdığı üçün cərimələndi

 10:54 22.06.2023     380

ABŞ Federal Ticarət Komissiyası (FTC) "Amazon"u ödənişli “Prime” abunəliyinə imza atan milyonlarla müştərini bilərəkdən aldatdığına görə məhkəməyə verib.

Redaktor.az xəbər verir ki, bu barədə “The Verge” məlumat yayıb.

FTC “Amazon”u “Prime” abunəsi təklif edərkən veb pəncərə interfeysində "qaranlıq nümunələr" istifadə etməkdə günahlandırır. Xüsusən müştərilərə açıq şəkildə təklif edilən iki tarifdən (mənfəətli və zərərli)imtina edən düymə bilərəkdən gizlədilib.

İstifadəçi abunədən çıxmaq üçün bir yol tapdığı halda, Amazon onu bir neçə lazımsız addımdan keçməyə məcbur edir.

İstifadəçilər oxşar fəndləri olan pəncərələri “Amazon" bazarının veb-saytında və İT nəhənginin digər xidmətlərində görə bilərdilər.

“Amazon insanları onların razılığı olmadan təkrarlanan abunələrə cəlb edir ki, bu da istifadəçilərin xeyli pulu bahasına başa gəlir. Bu manipulyasiya taktikaları həm istehlakçılara, həm də qanuna tabe olan bizneslərə zərər verir”, - FTC sədri Lina Xan bildirib.

Tənzimləyici dəfələrlə “Amazon”a problemli dizayna görə xəbərdarlıq edərərk, şirkətə onları düzəltmək üçün vaxt verib.

Lakin İT nəhəngi bütün xəbərdarlıqlara məhəl qoymayıb.

Bu səbəbrdən "Amazon" cərimə ilə üzləşib.

Amma cərimənin məbləği açıqlanmayıb.

Məlumatlara görə, 2022-ci ilin sonunda FTC “Epic Games”i  “Fortnite” onlayn oyununda oxşar pozuntuya görə 520 milyon dollar cərimə edib.

Arzu İSMAYIL