Dünyanın ən böyük “iPhone”u yaradıldı - Çəkisi 226 kq

 11:26 24.06.2023     362

Məşhur “YouTube” blogeri Metyu Beam öz kanalında dünyanın ən böyük “iPhone”unu təqdim edib.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu cihazın çəkisi 226 kq, hündürlüyü iki metrdən çox, ekran ölçüsü isə 84 düymdür.

Nəhəng “iPhone” olduqca mürəkkəbdir. O, “iOS”-stil başlatma qurğusu və Android emulyatoru ilə işləyən “Mac mini”yə qoşulmuş televizordur.

Videonun müəllifinin əsas məqsədi orijinal cihazın bütün elementlərinin yerini mümkün qədər dəqiq əks etdirən “iPhone 14 Pro”nun maketini yaratmaq olub. Onun digər məqsədi isə hər bir düym və açarın işlək olmasıdır. Yəni bu, sadəcə maket deyil, “FaceTime” zəngləri edə bilən, tam hüquqlu işləyə bilən cihazdır.

Təxmin etdiyiniz kimi, belə bir "iPhone"nu istifadə etmək problemlidir. Onu özünüzlə aparmaq üçün bir neçə nəfərin köməyinə ehtiyacınız olacaq və hündürlüyü iki metrdən çox olduğuna görə selfi çəkmək üçün pilləkəndə dayanmalı olacaqsınız.

Videoda “YouTuber”in iki gün ərzində Nyu-Yorkda nəhəng “iPhone”u necə sürüdüyü və tapşırıqların siyahısını tamamladığı göstərilir.

Onu metroda özü ilə aparıb, mağazalara baş çəkib və hətta məşhur texnologiya bloggeri “MKBHD”yə baş çəkməyə gedib.

Arzu İSMAYIL