Köhnə “Wi-Fi” bağlantılarını saxlamayın

 10:59 24.06.2023     366

Hakerlər cihazlarda saxlanılan köhnə “Wi-Fi” bağlantılarından istifadə edərək qacetlərə nüfuz edə bilirlər.

Redaktor.az “İzvestiya” istinadla xəbər verir ki, bu barədə Roskaçestvo Rəqəmsal Ekspertiza Mərkəzinin mütəxəssisləri bildirib.

Mütəxəssislərin fikrincə, smartfonlar çox vaxt köhnə, istifadə olunmamış əlaqələri  saxlayır.

“Kaspersky Lab”ın kibertəhlükəsizlik üzrə eksperti Leonid Bezverşenko qəzetə bildirib ki, çox vaxt ictimai yerlərdə istifadəçilər pulsuz internet üçün açıq Wi-Fi şəbəkələrinə qoşulurlar.

"Siz yeni giriş nöqtəsinə qoşulduqda cihaz avtomatik olaraq seçilmiş şəbəkəni saxlayır ki, gələcəkdə məlumatların daxil edilməsinə vaxt itirməyəsiniz",-deyə o  əlavə edib ki, çox vaxt istifadəçilər öz cihazlarında belə saxlanan “Wi-Fi” şəbəkələrinin siyahısına fikir vermirlər və bu köhnə bağlantılar üzrə məlumatların toplanmasına gətirib çıxarır.

“Garda Technologies”in məhsul direktoru Pavel Kuznetsovun sözlərinə görə, bu cür birləşmələrin əsas təhlükəsi ondan ibarətdir ki, cihaz  qanuni simsiz bağlantılar vasitəsilə göndərilən proqram məlumatlarını ötürməyə çalışacaq və hakerlər bu məlumatı ələ keçirə biləcəklər.

Arzu İSMAYIL