“YouTube” oyun xidmətinə çevriləcək

 11:33 25.06.2023     263

"Google" “YouTube” tərəfindən dəstəklənən video oyun platforması olan yeni “Playables” xidmətinin daxili sınaqlarına başlayıb.

Redaktor.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə məlumat "Google"nin korporativ poçtunda var.

Bildirilib ki, yeni xidmət veb-brauzerdə, həmçinin iOS və Android sistemlərindəki mobil proqramlarda “YouTube” səhifəsindən oyunları idarə etməyə imkan verəcək. Oyunların yüklənməsi və quraşdırılması tələb olunmur.

Hazırda xidmətdə bir neçə təsadüfi oyun mövcuddur. Məlumdur ki, onlardan biri hoppanan topla kərpicləri qırmaq lazım olan “Stack Bounce arcade” oyunudur.

“YouTube” “Playables” haqqında təfərrüatları jurnalistlərə açıqlamasa da, oyunların uzun müddətdir şirkətin maraq dairələrindən biri olduğunu qeyd edib.

Onlar da bildiriblər ki, yeni xidmət elana hazır deyil.

Hələ ki “Playables”in nə vaxt ictimai xidmətə açıq olacağı və onun necə pul qazanacağı barədə məlumat yoxdur.

Arzu İSMAYIL