“Windows” 11-in yeniləmələri kompüterlərin sürətini 7 dəfə azaldır

 09:00 03.07.2023     323

2023-cü ilin mart ayından başlayaraq “Microsoft” bəzi kompüterlərdə SSD-ləri kəskin şəkildə yavaşladan “Windows” 11 üçün məcburi yeniləmələri yükləməyə başlayıb.

Redaktor.az "gazeta.ru"ya istinadla xəbər verir ki, bu barədə istifadəçi rəylərinə istinadən “Windows Latest” nəşri məlumat yayıb.

Yeniləmələr SSD-ni o qədər ləngidir ki, istifadəçilər problemi təkcə bir qovluqdan digərinə böyük həcmdə faylları köçürərkən deyil, həm də əsas tapşırıqları yerinə yetirərkən belə görürlər.

Xüsusilə, yeniləmələr kompüterin işə salınmasına və oyunların başlamasına mənfi təsir göstərir.

Bəzi istifadəçilərin fikrincə yeniləmələrədn sonra diskin sürəti 7000 MB/s-dən 1000 MB/s-ədək, yəni yeddi dəfə aşağı düşür.

Problemin dəqiq nədən yarandığı barədə məlumat verilmir.

“Microsoft” məsələ ilə bağlı vəziyyəti şərh etməyib.