"iPhone"larda zəlzələ bildirişi niyə aktiv olmur?

 10:41 04.07.2023     384

"Google" Zəlzələ Xəbərdarlıq Sistemi bu gün gecə Xəzər dənizində, 5,7 bal gücündə zəlzələni əvvəlcədən bildirib. Zəlzələdən 10-15 saniyə əvvəl sistem tərəfindən göndərilən xəbərdarlıq bildirişi sosial mediada da bir çox insan tərəfindən paylaşılıb.

Redaktor.az xəbər verir ki, sistemin xəbərdarlıq bildirişi göndərməsi üçün cihazdakı məkan aktiv olmalıdır. Çünki bu sistem həm də ətrafdakı hər hansı vibrasiyanı aşkar etmək üçün məkan məlumatından istifadə edir.

"Google" "Android" üçün Zəlzələ Xəbərdarlığı Sistemini aktivləşdirmək üçün aşağıdakı addımları yerinə yetirmək kifayətdir;

1) Parametrlər;

2) Məkan;

3) İnkişaf etmiş;

4) Zəlzələ Xəbərdarlıqları.

Sözügedən proqram yalnız "Android" cihazları üçün əlçatandır. "iOS" üçün "Google" Zəlzələ Xəbərdarlığı sistemi aktiv deyil (trend).