Mask Zukerberqi kərtənkələ adlandırdı

“Twitter”ın sahibi, milyarder İlon Mask “Meta” korporasiyasının rəhbəri Mark Zukerberqi plagiatda ittiham edərək onu “kərtənkələ” adlandırıb.
Redaktor.az-ın məlumatına görə, bu sözləri İ.Mask özünün sosial şəbəkədəki hesabında yazıb.
“Mən bu tətbiqə 44 milyard dollar xərcləmişəm, indi isə bu kərtənkələ onu kopiyalayıb istifadə etmək qərarına gəlib. Qəfəsdə görüşənədək”, - deyə o, paylaşımında qeyd edib.