Meta avatarımız video zəngdə bizi əvəz edəcək

 10:44 13.07.2023     300

"Messenger" və ya "Instagram" vasitəsilə video zəngdə üzünü göstərmək istəməyənlər üçün yeni funksiya yaradılıb.

Redaktor.az "Mashable Türkiye"yə istinadən xəbər verir ki, "Messenger" və "İnstagram"da video zəng zamanı üzümüzü Meta avatarımızla əvəz etmək mümkün olacaq.

Yəni, görüntünü açmağa hazır olmadığımız anda avatarımızı seçə biləcəyik.

Humay İSGƏNDƏRLİ