Fransada satılan bütün smartfonlarda valideyn nəzarəti sistemləri quraşdırılacaq

 19:30 13.07.2023     460

Gələn ildən Fransada satılacaq bütün elektron cihazlarda valideyn nəzarəti sistemləri quraşdırılacaq.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Fransanın Rəqəmsal Keçid və Telekommunikasiya nazirinin nümayəndəsi Jan-Noel Barro öz tviter hesabında məlumat verib.

"İndi bu rəsmidir. Gələn ildən Fransada satılan bütün elektron cihazlarda valideyn nəzarəti quraşdırılacaq", - Barro yazıb.

O, bildirib ki, söhbət smartfonlardan tutmuş oyun konsollarına qədər bütün cihazlardan gedir.

Bildirilib ki, sənədin mətninə uyğun olaraq, valideyn nəzarəti müəyyən edilmədən elektron cihazları satan təşkilatlara inzibati cərimələr tətbiq ediləcək.

Turan İSMAYIL