Birinci nəsil "iPhone" 190 min dollara satıldı

 10:11 18.07.2023     274

2007-ci il istehsalı olan "iPhone" smartfonu hərracda ilkin satış qiymətindən 300 dəfə baha, 190 372 dollara satılıb.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, hərraca 10.000 ABŞ dolları dəyərində ilkin təklifdən sonra ümumilikdə 28 təklif daxil olub.

Bildirilib ki, ilk dəfə Stiv Cobsun 2007-ci il yanvarın 9-da təqdim etdiyi "iPhone" smartfon sənayesini dəyişdirən “zəmanəmizin ən mühüm və geniş yayılmış ixtiralarından biri” olub.

Fevral ayında daha bir birinci nəsil "iPhone"u 63,356 dollara satılıb.

Humay İSGƏNDƏRLİ