TikTok yeni funksiyasını təqdim etdi

 09:33 25.07.2023     320

TikTok mikrobloq formatına uyğun məzmun paylaşmağa imkan verən yeni funksiyasını təqdim edib.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, müvafiq olaraq, istifadəçilər yalnız mətn şəklində də paylaşım edə biləcəklər.

Mətn yazıları "İnsatgram" hekayələrinə bənzər şəkildə olacaq. İstifadəçilər fon rəngi, şrift üslubu, musiqi və etiketlər yarada biləcəklər. Yazılar min simvolla məhdudlaşacaq.

Humay İSGƏNDƏRLİ