Votsapa video mesaj yazma funksiyası əlavə olunacaq

 19:24 27.07.2023     397

WhatsApp yazışmalarda video mesajların qeydə alınması funksiyasını tətbiq edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə messencerin bloqunda dərc olunan bəyanatda deyilir.

"İstifadəçilər qısa şəxsi videoları birbaşa söhbətdə yazmaq və göndərmək imkanına malikdirlər".

Ani video mesajların 60 saniyəlik vaxt limiti olacaq və başdan-başa şifrələnəcək.

Qeyd edilir ki, belə funksiyanın tətbiqinə başlanılıb və o, “yaxın həftələrdə” bütün istifadəçilər üçün əlçatan olacaq.

Turan İSMAYIL